...

Xocavənddə xeyli sayda mina aşkar olunub (FOTO)

Hadisə Materials 11 Fevral 2021 12:13 (UTC +04:00)
Xocavənddə xeyli sayda mina aşkar olunub (FOTO)

Bakı. Trend:

Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən minaların aşkar edilməsi istiqamətində uğurlu tədbir həyata keçirilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, Laçın Rayon Polis Şöbəsinin əməkdaşları xidməti fəaliyyətlə əlaqədar Xocavənd rayonunun Üçtəpə adlanan ərazisində olan zaman orada düşmən tərəfindən qoyulmuş xeyli sayda mina aşkar ediblər.

Dərhal bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşlarına məlumat verilib. Əraziyə baxış keçirilən zaman müxtəlif adda tank və piyada əleyhinə 33 ədəd mina müəyyən edilib və müvafiq tədbirlərlə həmin minaların təhlükəsiz şəkildə partladılması təmin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti