...

Cəlilabad rayonunda 4 otaqlı ev yanıb

Hadisə Materials 26 Fevral 2021 08:57 (UTC +04:00)
Cəlilabad rayonunda 4 otaqlı ev yanıb

Bakı. Trend:

Cəlilabad rayonunda ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Babalı kəndində ümumi sahəsi 153 m² olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin 3 otağının və dam örtüyünün yanar konstruksiyaları 105 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti