...

Ağsuda yas mərasimi keçirilməsinin qarşısı alınıb (FOTO)

Hadisə Materials 3 Aprel 2021 11:00 (UTC +04:00)
Ağsuda yas mərasimi keçirilməsinin qarşısı alınıb (FOTO)

Bakı. Samir Əli - Trend:

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları xüsusi karantin rejimi ilə əlaqədar keçirdikləri reydlər zamanı Növcü kəndi ərazisindəki fərdi yaşayış evində yas mərasiminin keçirildiyini aşkar ediblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, həmin ünvana baxış keçirilən zaman sanitar-gigiyena və karantin qaydalarının pozulduğu müəyyən edilib.

Ev sahibi və orada olan şəxslərlə izahedici söhbətlər aparılıb, qaydalara riayət etməyin vacibliyi bildirilib. Polislər tərəfindən mərasimdə iştirak edən 7 nəfər barəsində qanunamüvafiq tədbir görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti