...

Ötən gün ölkə ərazisində 21 yanğın olub, 3 nəfər xiulas edilib

Hadisə Materials 12 Aprel 2021 10:58 (UTC +04:00)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Ötən gün ölkə ərazisində 21 yanğın hadisəsi baş verib.

Bu barədə Trend-ə Fövqəladə Hallar Naziriliyinin mətbuat xidmətindən bildiriblər. Nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 21 yanğına çıxış, 3 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, ötən sutka ərzində 3 nəfər xilas edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti