...

Göyçayda tanışını bıçaqla qətlə yetirən şəxs həbs edildi

Hadisə Materials 3 İyun 2021 17:06 (UTC +04:00)
Göyçayda tanışını bıçaqla qətlə yetirən şəxs həbs edildi

Bakı. Samir Əli - Trend:

18.02.2020-ci il tarixdə Göyçay rayon sakini Polad Salehovun qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Göyçay rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, istintaqla müəyyən edilmişdir ki, zərərçəkmişin tanışı Ruslan Xəlilov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Polad Salehovu qəsdən öldürüb.
Ruslan Xəlilov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti