Peruda avtobus dərəyə aşıb: 27 ölü

Hadisə Xəbər 20 İyun 2021 06:34 (UTC +04:00)

Bakı. Trend:

Perunun cənubunda yerləşən Ayakucho regionunda bölgələrarası avtobus gecə saatlarında qəzaya uğrayıb.

Trend-in məlumatına görə, qəza nəticəsində 27 nəfər ölüb, bir neçə sərnişin ciddi xəsarət alıb.

İlkin araşdırmalara əsasən, mədən işçiləri və ailələrini aparan avtobusun gecə saat 3:00 radələrində 250 metrlik dərəyə düşdüyü bildirilir.

Xilasetmə qrupları, yanğınsöndürənlər və polis əməkdaşları hadisə yerinə cəlb ediliblər, yaralılar xəstəxanalara çatdırılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti