...

Filippində hərbi təyyarə qəzasında ölənlərin sayı 50-yə yüksəlib

Hadisə Materials 5 İyul 2021 05:58 (UTC +04:00)
Filippində hərbi təyyarə qəzasında ölənlərin sayı 50-yə yüksəlib

Bakı. Trend:

Filippinin Holo adasında ölkə Hərbi Hava Qüvvələrinə məxsus "C-130" təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı daha iki nəfər artaraq 50-yə yüksəlib.

Trend-in məlumatına görə, bu barədə ölkənin Müdafiə naziri Sirilito Sobedjan bildirib.

Hazırda təyyarənin göyərtəsində olan bütün sərnişinlər tapılıb.

Daha əvvəl respublikanın müdafiə nazirliyi 42 hərbi qulluqçu və 3 mülki şəxsin cəsədinin aşkarlanması barədə məlumat verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti