...

Bakıda mənzildə 65 yaşlı kişi meyiti tapılıb

Hadisə Materials 20 Avqust 2021 23:23 (UTC +04:00)
Bakıda mənzildə 65 yaşlı kişi meyiti tapılıb

Bakı. Trend:

Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1956-cı il təvəllüdlü Əhmədov Rauf Ağababa oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti