Azərbaycanda vəzifəli şəxs koronavirusdan vəfat edib (FOTO)

Hadisə Xəbər 8 Sentyabr 2021 10:38 (UTC +04:00)

Bakı. Fərid Zöhrabov - Trend:

Azərbaycan Qızıl Aypara Cəmiyyəti İsmayıllı rayon bölmə sədri Pünhan Rəhimov dünyasını dəyişib.

Trend xəbər verir ki, P.Rəhimov bir müddət öncə koronavirusa yoluxub.

O, 8 sentyabr 04:30 radələrində müalicə aldığı "Yeni həyat" modul tipli xəstəxanasında dünyasını dəyişib.

Mərhumun 41 yaşı var idi.

Allah rəhmət eləsin!

Məqalədə:

Xəbər lenti

Xəbər lenti