...

Bakıda qayınatasını qətlə yetirən şəxsə 18 il cəza verilib

Hadisə Materials 30 Sentyabr 2021 14:52 (UTC +04:00)
Bakıda qayınatasını qətlə yetirən şəxsə 18 il cəza verilib

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində qayınatasını qətlə yetirməkdə təqsirləndirilən Ayxan Hüseynəliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Trend-in məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Hüseybəliyev 18 il azadlıqdan məhrum edilib.

Qətl hadisəsi ötən il avqustun 31-də saat 10 radələrində paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində baş verib.

1967-ci il təvəllüdlü Xalıq Bağırov bıçaqlanaraq öldürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla hadisənin zərərçəkmişin kürəkəni 1998-ci il təvəllüdlü Ayxan Hüseynəliyev tərəfindən törədildiyi məlum olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti