...

3 kiloqrama yaxın "patı" ilə tutulan şəxsə hökm oxundu

Hadisə Materials 20 Oktyabr 2021 15:03 (UTC +04:00)
3 kiloqrama yaxın "patı" ilə tutulan şəxsə hökm oxundu

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik satışında ittiham olunaraq həbs edilən Aydın Rüstəmov və Elsəvər Salmanlının cinayət işi üzrə məhəkəmə prosesi yekunlaşıb.

Trend-in məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Məhkəmənin hökmü ilə Aydın Rüstəmov 10 il, Elsəvər Salmanlı isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Xırmandalı kəndi ərazisində Quba rayon sakini, əvvəllər məhkum olunmuş Aydın Rüstəmov saxlanılıb. Onun üzərindən 2 kiloqram 810 qram psixatrop maddə metamfetamin, 351 qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

A.Rüstəmov qeyd olunan psixotrop maddə və narkotik vasitəni İran vətəndaşı “Baba” adlı şəxs vasitəsilə ölkə ərazisinə gətirtdiyini və Bakı şəhərində yaşayan Cəlilabad sakini, “Baron Seyid” ləqəbli Elsevər Salmanlıya çatdırmalı olduğunu bildirib. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində E.Salmanlı Bakı şəhər, Yasamal rayonu ərazisində saxlanılaraq istintaqa təhvil verilib.

Onlara qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdrada narkotik maddə əldə etmə və satma) maddəsi ilə ittiham irəli sürülüb

Məqalədə:
Xəbər lenti

Xəbər lenti