...

Ağac sexlərində qanunsuz meşə materialı aşkarlanıb

Hadisə Materials 27 Oktyabr 2021 14:38 (UTC +04:00)
Ağac sexlərində qanunsuz meşə materialı aşkarlanıb

Trend-i buradan izləyin

Bakı. Çingiz Səfərli - Trend:

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Tovuz və Şəmkir rayonlarının ərazisində nəzarət tədbirləri keçirilib.

Trend-in məlumatına görə, xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, Tovuz rayonunda keçirilən nəzarət tədbirləri zamanı rayon sakinləri Ruslan Tağıyev və Azər Qasımovun, Şəmkir rayonunda isə rayon sakinləri Alim Alıyev, Saməddin Babayev, Mahir Əyyubov və Elçin Qasımovun həyətyanı sahələrindəki ağac emalı sexlərində qanunsuz yolla əldə edilmiş 19 kubmetr həcmində işlik meşə materialı müəyyən edilib.

Hazırda iş üzrə araşdırma davam edir.

Twitter: @cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti