Bakı. Samir Əli - Trend:
Ağdam rayonunda qazıntı aparılarkən iki nəfərin meyiti aşkarlanıb.
Bu barədə Trend-ə Baş Prokurorluqdan məlumat verilib.
Məlumatda bildirilir ki, Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində “Körpü-Bina Tikinti” MMC tərəfindən qazıntı işləri aparılarkən iki şəxsə məxsus sümüklər aşkar edilib.
Hazırda faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.