Bakı. Samir Əli - Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Nofəl Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Trend-in məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə N.Hüseynov 10 il azadlıqdan məhrum edilib.
İttihama görə, Sabunçu Rayon İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında həyata keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən vətəndaş Nofəl Hüseynov saxlanılıb. Onun üzərinə baxış zamanı 1 büküm narkotik vasitə olan heroin aşkar edilib. Bölmə əməkdaşları tərəfindən saxlanılan şəxsin yaşadığı evə baxış zamanı əlavə olaraq gizlətdiyi 1 kiloqram 500 qram heroin aşkar edilərək götürülüb.