...

Tərtərdə ölümlə nəticələnən yol qəzası baş verib

Hadisə Materials 22 Noyabr 2021 23:08 (UTC +04:00)
Tərtərdə ölümlə nəticələnən yol qəzası baş verib

Bakı. Trend:

Tərtərdə ölümlə nəticələnən yol qəzası baş verib.

Trend-in yerli bürosunun verdiyi məlumata görə? hadisə Tərtər-Goranboy yolunun Hacıqərvənd kəndi hissəsində qeydə alınıb. Belə ki, Tərtər şəhər sakini, 1983-cü il təvəllüdlü Səfərov Yediyar Osman oğlunun idarə etdiyi "VAZ-2107" markalı minik maşını ilə Tərtər rayon sakini, 1992-ci il təvəllüdlü Bayramlı Qalib Firdovsi oğlunun idarə etdiyi "VAZ-2106" markalı nəqliyuat vasitısi ilə toqquşmuş, nəticədə "VAZ-2106" markalı nəqliyyat vasitəsinin sərnişini, 1991-ci il təvəllüdlü, Tərtər rayonu Hacıqərvənd kənd sakini Verdiyev Sərxan Bəbir oğlu aldığı xəsarətlərdən Tərtər rayonu Mərkəzi Xəstəxanasında dünyasın dəyişib.

Faktla bağlı Tərtər rayon polis şöbəsində araşdırma başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti