...

Salvador HHQ məxsus təyyarə qəzasında müdafiə nazirinin oğlu həlak olub (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 3 Dekabr 2021 08:58 (UTC +04:00)
Salvador HHQ məxsus təyyarə qəzasında müdafiə nazirinin oğlu həlak olub (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Salvadorda hərbi təyyarənin Sakit okeanda qəzaya uğraması nəticəsində, müdafiə nazirinin oğlu da daxil olmaqla, göyərtəsində olan hər üç nəfərin öldüyü güman edilir.

Trend xarici kivlərər istinadən xəbər verir ki, xilasedicilər artıq 2 nəfərin cəsədini aşkarlayıb, üçüncü şəxsin dənizdə axtarışları davam etdirilir.

Ölənlərin təyyarənin ekipaj üzvü və müdafiə naziri Frensis Rene Merino Monroyun oğlu Gerardo Merino olduğu təsdiqlənib.

Qəza sahildən təxminən 3 dəniz mili aralıda baş verib və axtarış işlərinə qayıqlar və təyyarələr cəlb edilib.

XXX

08:26

Salvador Hərbi Hava Qüvvələrinə məxsus təyyarə sahil zolağında qəzaya uğrayıb. Silahlı Qüvvələrdən verilən məlumata görə, göyərtədə ölkənin müdafiə nazirinin oğlu olub.

Trend xəbər verir ki, təyyarə sahil zonasında tapşırıq yerinə yetirib. Hazırda üç ekipaj üzvünün, o cümlədən müdafiə naziri Merino Monroyun oğlu leytenant Xerardo Merinonun axtarışları aparılır.

Yerli KİV-lərin məlumatına görə, qəzaya Baron 55 Beechcraft modelli təyyarə uğrayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti