...

Azad edilmiş ərazilərdə tikinti işləri ilə məşğul olan şəxsdən narkotik götürülüb

Hadisə Materials 9 Dekabr 2021 15:50 (UTC +04:00)
Azad edilmiş ərazilərdə tikinti işləri ilə məşğul olan şəxsdən narkotik götürülüb

Bakı. Trend:

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində üzərində narkotik vasitə olan şəxs aşkar edilərək məsuliyyətə cəlb edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, daxil olmuş məlumat əsasında Xocavənd RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Xızı rayon sakini Namiq Novruzov saxlanılıb. İşğaldan azad edilmiş ərazilərdə tikinti işləri ilə məşğul olan şirkətlərdən birinin əməkdaşı olan N.Novruzovun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Xocavənd RPŞ-də araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti