...

Tərtər məktəbində baş verən hadisə araşdırılır - RƏSMİ

Hadisə Materials 10 Dekabr 2021 15:25 (UTC +04:00)
Tərtər məktəbində baş verən hadisə araşdırılır - RƏSMİ

Bakı. Fərid Zöhrabov - Trend:

Daxili İşlər Nazirliyi (DİN) naməlum şəxslər tərəfindən Tərtərdə məktəbə hücum edilməsi hadisəsinə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə bildirilib ki, qeyd edilən məlumat əsasında Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılır.

“Hadisə ilə bağlı əlavə məlumat veriləcək”, - Mətbuat Xidmətindən qeyd edilib.

Xatırladaq ki, hadisə Tərtərin Şıxarx kəndi ərazisində yerləşən 2 saylı tam orta məktəbdə qeydə alınıb.

Belə ki, naməlum şəxslər tərəfindən məktəbin bir sıra otaqları, avadanlıqlar dağıdılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti