...

Meksikada qatarın avtomobilə çırpılmağı nəticəsində 5 nəfər ölüb

Hadisə Materials 13 Dekabr 2021 02:20 (UTC +04:00)
Meksikada qatarın avtomobilə çırpılmağı nəticəsində 5 nəfər ölüb

Bakı. Trend:

Meksikanın mərkəzindəki Quanaxuato ştatının Leon şəhərində yük qatarı sərnişin vaqonuna çırpılıb.

Trend xəbər verir ki, qəza nəticəsində 4-ü uşaq olmaqla 5 nəfər həyatını itirib.

Yerli prokurorluq orqanlarının əməkdaşları faciənin baş vermə səbəblərini araşdırmağa başlayıblar. Şahidlərin sözlərinə görə, avtomobilin sürücüsü dəmiryol keçidində qatardan əvvəl keçməyə çalışsa da, bu manevri başa çatdıra bilməyib.

Hadisə nəticəsində sürücüylə birlikdə onun iki oğlu və onların 12 və 11 yaşlı iki dostu dünyasını dəyişib. İlkin məlumatlara görə, onlar futbol matçına gedirmişlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti