...

Neftçala sakinindən sənədsiz odlu silah götürülüb

Hadisə Materials 15 Dekabr 2021 08:57 (UTC +04:00)

Bakı. Trend:

Neftçala rayon sakinindən müvafiq sənədləri olmayan odlu silah aşkarlandı.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Sərdar Mirzəyevdən bir ədəd müvafiq sənədləri olmayan “TOZ-53” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı Neftçala RPŞ-də araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti