...

45 yaşlı kişi dəm qazından boğularaq ölüb

Hadisə Materials 13 Yanvar 2022 15:26 (UTC +04:00)
45 yaşlı kişi dəm qazından boğularaq ölüb

Mingəçevir. Aslan Məmmədli - Trend:

Mingəçevirdə 45 yaşlı kişi dəm qazından boğularaq ölüb.

Trend-in yerli bürosunun məlumatına görə, hadisə gecə saatlarında Mingəçevir şəhəri Şəhriyar küçəsi 4 ünvanında baş verib.

Həmin ünvanda olan 1976-cı il təvəllüdlü Şəki rayon Dəhnə kənd sakini Abir Məmmədov hamamda dəm qazından zəhərlənib. FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və onun meyitini orada aşkarlayaraq aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti