Bakı. Samir Əli - Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda bir neçə nəfərə qarşı dələduzluqda təqsirləndirilən Nuran Səməndərovanın işi üzrə məhkəmə prosesi başa çatıb.
Trend-in məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə hökmü elan olunub.
Məhkəmənin hökmü ilə o, 7 il 6 ay azadlıqdan məhrum edilib.
Qeyd edək ki, cinayət işində 4 nəfər zərərçəkən qismində tanınıb ki, onlardan biri də Beynəlxalq Bankın sədr müavini Emil Qədimovdur.
Xatırladaq ki, 1989-cu ul təvəllüdlü Nuran Səməndərova özünü Dövlət Miqrasiya Xidmətinin əməkdaşı kimi təqdim edərək banklardan külli miqdarda pul götürüb. Həmçinin telefon dükanlarından da xeyli sayda bahalı telefonlar götürərək pullarını ödəməyib.