...

Qubada üçmərtəbəli evdə yanğın olub

Hadisə Materials 10 Fevral 2022 00:41 (UTC +04:00)

Bakı. Trend:

Quba şəhərində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, şəhərdə ümumi sahəsi 690 m² (hər mərtəbəsi 230 m²) olan mansarda tipli üçmərtəbəli evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 65 m² sahədə və eyvanı 35 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti