...

Narkotiklə tutulan şəxslərin oğurluq əməllərinin də üstü açılıb

Hadisə Materials 21 Fevral 2022 19:40 (UTC +04:00)
Narkotiklə tutulan şəxslərin oğurluq əməllərinin də üstü açılıb

Bakı. Trend:

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 5 nəfər rayon sakini saxlanılıb. Onlardan dördünün oğurluq əməlinin də üstü açılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Astara RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şahağacı kənd sakini Eltun Həsənov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 720 qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Şöbə əməkdaşlarının keçirdikləri daha bir əməliyyat-axtarış tədbiri nəticəsində Astara şəhər sakini Zamin Əhmədzadə saxlanılıb. Onun üzərindən 30 qrama yaxın heroin aşkarlanıb.

Astara RPŞ-nin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində isə rayon sakinləri Seyidağa Cabbarov, Gülağa Quliyev və Bəxtiyar Mirzəyev saxlanılıblar. Onların hər birinin üzərindən hazır bükümlərdə qablaşdırılmış narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Aparılan əlavə əməliyyat tədbirləri ilə saxlanılan şəxslərdən B.Mirzəyev, G.Quliyev, E.Həsənov və S.Cabbarovun rayon ərazisindəki müxtəlif ünvanlardan oğurluq etdikləri də müəyyən edilib.

Faktlarla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti