Bakı. Trend:
Rusiyanın Zabaykalye diyarında yaşayış binasında güclü yanğın baş verib, 3 nəfər ölüb, daha 12 nəfər yanğınsöndürənlər gələnə qədər təxliyə edilib.
Trend TASS-a istinadən xəbər verir ki, bu barədə reginal Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, yanğınsödürənlərin hadisıə yerinə gəldiyi zaman evin davan və daxilini alov bürüyübmüş, nəticədə evin tavanı uçub. Yanğın 480 kv.m. ərazini əhatə edib.
Ocağın söndürülməsinə 6 texnika və 21 nəfər əməkdaş cəlb edilib.