...

SDU tələbə qızın bıçaqlanması ilə bağlı açıqlama yaydı

Hadisə Materials 18 Aprel 2022 17:06 (UTC +04:00)
SDU tələbə qızın bıçaqlanması ilə bağlı açıqlama yaydı
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Sumqayıt Dövlət Universiteti (SDU) tələbənin bıçaqlanması ilə bağlı məsələyə münasibət bildirib.

Trend Universitetin feysbuk səhifəsinə istinadən xəbər verir ki, Universitetin qarşısında tələbənin bıçaqlanması ilə bağlı məsələyə münasibət bildirərək deyib ki, IV kurs tələbələri dərsə gəlmir, onlar istehsalat təcrübəsində olurlar.

“Məlum hadisə isə aprelin14-də Sumqayıt şəhər Yaşıldərə massivi ərazisində baş verib. Məlumat üçün bildirək ki, Sumqayıt Dövlət Universitetinin Fizika və elektroenergetika fakültəsinin IV kurs (516-cı qrup) tələbəsi Əliyeva Aydan Rövşən qızı aprelin 14-də istehsalat təcrübəsindən qayıdan zaman Sumqayıt şəhər Yaşıldərə massivi ərazisində keçmiş nişanlısı, xalası oğlu tərəfindən bıçaqlanıb. Çoxsaylı xəsarətlər alan qız xəstəxanaya çatdırılıb", - deyə bildirilib.

Qeyd edək ki, tələbə Əliyeva Aydan Rövşən qızı nümunəvi tələbələrdən biridir. Hazırda vəziyyəti qənaətbəxşdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti