...

Sərxoş şəxs Bakıda partiya qərargahının qarşısında məhəccərləri dağıdıb (FOTO)

Hadisə Materials 3 May 2022 11:42 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Vətəndaş İnkişaf Partiyasının Yasamal rayonunda yerləşən qərargahının qarşısındakı pilləkənin daş məhəccərlərinin yararsız hala salınıb.

Bunu Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, bu əməldə siyasi motiv yoxdur. Polis tərəfindən keçirilən tədbirlərlə müəyyən olunub ki, mayın 1-də gecə saatlarında rayon sakinləri – Elçin Məmmədov və Fərid Əhmədov arasında şəxsi münasibətlər zəminində münaqişə baş verib. Baş verən münaqişədən sonra F.Əhmədov içkili vəziyyətdə partiya qərargahının qarşısındakı məhəccərləri dağıdaraq yararsız hala salıb.

Faktla əlaqədar Yasamal RPİ 27-ci PB-də təhqiqat araşdırması aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti