...

Prokuror Bakıda narkotik alverində təqsirləndirilən şəxsə 7 il 6 ay cəza istədi

Hadisə Materials 22 İyun 2022 17:10 (UTC +04:00)
Prokuror Bakıda narkotik alverində təqsirləndirilən şəxsə 7 il 6 ay cəza istədi
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində Almaniyadan Bakıya deportasiya olunandan az sonra Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Pünhan Kərimlinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror təqsirləndirilən şəxsin 7 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

Proses iyunun 27-də davam etdiriləcək.

İttihama görə, Pünhan Kərimli 2022-ci il yanvarın 25-də Bakıda saxlanılıb. Üzəri baxış keçirilərkən ondan narkotik maddə aşkar edilərək götürülüb. Ona qarşı Cinayət Məcəlləsinin 234-cü (narkotik maddələrin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham elan olunub

Məqalədə:
Xəbər lenti

Xəbər lenti