...

Güclü külək məktəbdəki yanğının söndürülməsinə mane olur (FOTO)

Hadisə Materials 28 İyun 2022 18:58 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend: Bakıda orta məktəbdə baş verən yanğının söndürülməsi prosesi davam edir.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində orta məktəb binasında yanğın baş verməsi barədə məlumat daxil olub və məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal çağırış üzrə cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam edir.

Yanğının söndürülməsinə müşahidə olunan güclü külək və məktəbin dam örtüyünün bəzi yerlərdə taxta konstruksiyalardan ibarət olması mane olur. İnsan həyatı və sağlamlığı üçün hər hansı təhlükə yoxdur. Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti