Bakı. Trend:
İranın cənubunda yerləşən Fars vilayətinin Mərvdəşt rayonunda yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.
Trend-in məlumatına görə, bunu İranın Fars vilayəti aeroportları idarəsinin baş direktoru Kərim Ağayi deyib.
K.Ağayinin sözlərinə görə, hadisə nəticəsində iki nəfər yaralanıb. Yaralılar helikopterlə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.