...

Qanunsuz ov edən şəxslər cəzalandırılıb

Hadisə Materials 11 Avqust 2022 15:01 (UTC +04:00)
Qanunsuz ov edən şəxslər cəzalandırılıb

Trend-i buradan izləyin

Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Kür çayında və Yuxarı Qarabağ kanalında qanunsuz balıq ovu ilə məşğul olan şəxslər saxlanılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Trend-ə bildirib ki, araşdırma zamanı brakonyerlərin Zərdab rayon sakini Fuad Məmmədov, Gədəbəy rayon sakini Dəyanət Cəfərov olduğumüəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

“Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.

B.Məhəmmədov onu da qeyd edib ki, keçirilən nəzarət tədbirləri zamanı Ağcabədi rayonunun Şənlik kəndi ərazisindən keçən kollektordan 80 metr uzunluğunda sintetik tor yığışdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti