Bakı. Trend:
Bu gün vəfat edən polkovnik-leytenant Seymur Zülfüqarov ehtiyatda olub.
Bu barədə Trend-ə Müdafiə Nazirliyindən bildirilib.
"Bu gün mətbuatda polkovnik-leytenant Zülfüqarov Seymur Ənvər oğlunun xəstəlikdən vəfat etməsi ilə bağlı məlumat yayılıb. S.Zülfüqarov hərbi xidmətdə deyil, ehtiyata buraxılıb.
Allah rəhmət eləsin!", - deyə məlumatda qeyd olunub.
XXX
Saat 12.47
Azərbaycan Ordusunun polkovnik-leytenantı dünyasını dəyişib.
Trend xəbər verir ki, Quru Qoşunlarının zabiti, Vətən Müharibəsi iştirakçısı, 1983-cü il təvəllüdlü Zülfüqarov Seymur Ənvər oğlu ötən gün qəfil dünyasını dəyişib.
Onun məzuniyyətdə olarkən İsmayıllı rayonunda istirahət vaxtı ürəktutmadan vəfat etdiyi bildirilir.
Allah rəhmət eləsin!