...

Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib

Hadisə Materials 13 Noyabr 2022 08:08 (UTC +04:00)
Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "КамАЗ" markalı yük avtomobili və “Nissan” markalı minik avtomobili toqquşub, 1 nəfər nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər zədələnmiş yük avtomobilindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti