...

Beyləqanda qanunsuz ov edən 3 nəfər saxlanılıb

Hadisə Materials 29 Noyabr 2022 10:27 (UTC +04:00)
Beyləqanda qanunsuz ov edən 3 nəfər saxlanılıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində qanunsuz ov edən şəxslər müəyyən olunublar.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, Beyləqan RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə rayon sakinləri M.Vəliyev, Ə.Məmmədov və S.Hüseynov Yuxarı Aran kəndi ərazisində qanunsuz ov etdikləri müəyyən olunub. Həmin şəxslərdən 3 ədəd ov tüfəngi, ovladıqları çöl heyvanları və quşları aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Həmçinin şöbə əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə cari il ərzində 31 qanunsuz ov silahı aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti