...

Bakıda fitnes mərkəzində yanğın olub

Hadisə Materials 6 Dekabr 2022 10:14 (UTC +04:00)
Bakıda fitnes mərkəzində yanğın olub

Bakı. Trend:

Bakıda fitnes mərkəzində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin Nəsimi rayonunda ümumi sahəsi 300 kv.m (hər mərtəbəsi 150 kv.m) olan ikimərtəbəli obyektin (fitnes mərkəzi kimi fəaliyyət göstərir) dam örtüyünün taxta atmaları 15 kv.m sahədə və damında 3 p.m elektrik kabeli yanıb.

Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti