...

FHN qanunsuz tikintinin qarşısını alıb (FOTO/VİDEO)

Hadisə Materials 10 Dekabr 2022 13:19 (UTC +04:00)
FHN qanunsuz tikintinin qarşısını alıb (FOTO/VİDEO)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi qanunsuz tikintinin qarşısını alıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Agentliyin mütəxəssisləri tərəfindən Bakı şəhəri, Pirallahı rayonunun “Qışlaq” deyilən ərazisində tikinti məqsədləri üçün ayrılmamış torpaq sahəsində, habelə müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.

FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işinin qarşısı alınıb və tikilməkdə olan obyekt sökülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti