...

Ötən sutka ərzində 13 nəfər, o cümlədən 2 azyaşlı xilas edilib - FHN

Hadisə Materials 11 Dekabr 2022 12:08 (UTC +04:00)
Ötən sutka ərzində 13 nəfər, o cümlədən 2 azyaşlı xilas edilib - FHN

Bakı. Trend:

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-in mətbuat xidmətindən Trend-ə bildiriblər ki, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 28 yanğına çıxış, 7 halda köməksiz vəziyyətdə qalma və 1 nəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla, 13 nəfər xilas edilib, yanğın zamanı 10 nəfər təxliyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti