...

İrandan Azərbaycana qanunsuz keçən şəxs külli miqdarda qızılla yaxalandı (FOTO)

Hadisə Materials 26 Dekabr 2022 13:23 (UTC +04:00)
İrandan Azərbaycana qanunsuz keçən şəxs külli miqdarda qızılla yaxalandı (FOTO)

Bakı. Trend:

Dəstəsinin Yardımlı rayonunun Avaş kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində 1 (bir) nəfər naməlum şəxsin dövlət sərhədini pozaraq Azərbaycan Respublikası istiqamətinə doğru hərəkət etməsi sərhəd naryadı tərəfindən müşahidə edilib.

Dövlət Sərhəd Xidmətindən Trend-ə verilən məlumata görə, həyata keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sərhəd pozucusu təqib olunaraq saxlanılıb. Saxlanılan şəxsin Yardımlı rayonu­nun Avaş kənd sakini 1989-cu il təvəllüdlü Babayev Taryel Səfər oğlu olması müəyyənləşdirilib.

Sərhəd pozucusunun üzərinə baxış keçirilərkən 2 kiloqram 300 qram qızıla bənzər zinət əşyaları aşkar oluna­raq götürülüb.

Fakt üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti