...

Binəqədidə birmərtəbəli evdə yanğın olub

Hadisə Materials 16 Yanvar 2023 22:05 (UTC +04:00)

Bakı. Trend:

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 55 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 12 m² sahədə və dam örtüyü 15 m² sahədə, bitişik ümumi sahəsi 45 m² olan birmərtəbəli 2 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 5 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, hər iki evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti