...

Ermənistanda 15 hərbçinin həlak olduğu kazarma yanğınının səbəbi açıqlanıb

Hadisə Materials 19 Yanvar 2023 12:46 (UTC +04:00)

Bakı. Trend:

Ermənistanda 15 hərbçinin həlak olduğu kazarma yanğınına səbəb təhlükəsizlik qaydalarının pozulması olub.

Trend-in erməni KİV-ə istinadən məlumatına görə, bu barədə ölkənin müdafiə naziri Suren Papikyan hökumət iclasında deyib.

Onun sözlərinə görə, ilkin məlumatlara əsasən binanın isidilməsində qadağan olunmuş vasitədən, əsasən benzindən istifadə olunub.

Ermənistanın baş naziri Nikol Paşinyan xatırladıb ki, hələ 2022-ci ilin dekabrında Baş Qərargahın rəisi sobaları qızdırmaq üçün benzin və digər alışan mayelərin istifadəsini qadağan edib.

O, vurğulayıb ki, ilkin məlumatlara görə, zabit beş litrlik benzin qabından istifadə edərək sobanı yandırmaq istəyib. Yanğın zabitə də keçib və qaçmağa çalışan zabit qeyri-ixtiyari şəkildə konteyneri kazarma tərəfə atıb.

Qeyd edək ki, Ermənistanda hərbi kazarmadakı yanğında minimum 15 nəfər hərbçi həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti