...

Bakıda kişi sevgilisi və onun 14 yaşlı qızını bıçaqladı, yeniyetmə öldü

Hadisə Materials 2 Fevral 2023 09:23 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda kişi sevgilisi və onun 14 yaşlı qızını bıçaqlayıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə fevralın 2-də saat 01 radələrində Sabunçu rayonu Maştağa qəsəbəsində baş verib. 1981-ci il təvəllüdlü Əfsanə Şadatova və onun qızı 2009-cü il təvəllüdlü Günay Şadatovanın kəsilmiş-deşilmiş xəsarətlər alması ilə bağlı polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Ə.Şadatovanın qeyri-rəsmi münasibətdə olduğu 1981-ci il təvəllüdlü Zaur Babayev müəyyən olunaraq saxlanılıb.

Tibbi müdaxilələrə baxmayaraq, G.Şadatova ölüb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti