...

Bakı-Quba yolundakı qəzada xəsarət alanlardan biri xəstəxanada dünyasını dəyişib

Hadisə Materials 17 Fevral 2023 09:40 (UTC +04:00)
Bakı-Quba yolundakı qəzada xəsarət alanlardan biri xəstəxanada dünyasını dəyişib
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Siyəzəndə baş verən yol-nəqliyyat hadisəsi zamanı 8 nəfər TƏBİB-in tabeliyindəki Siyəzən Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

TƏBİB-dən Trend-ə verilən məlumata görə, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hadisə nəticəsində aqonal vəziyyətdə tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilən 1 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə nəticəsində müxtəlif növ bədən xəsarətləri alan 2 nəfərin (vəziyyətləri ağır qiymətləndirilir) müalicəsi Reanimasiya şöbəsində, 5 nəfərin (vəziyyətləri orta ağır qiymətləndirilir) müalicəsi isə Təcili tibbi yardım bölməsində davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti