...

Bakıda bağlı qapı arxasında qalan azyaşlı xilas edilib

Hadisə Materials 11 May 2023 22:18 (UTC +04:00)
Bakıda bağlı qapı arxasında qalan azyaşlı xilas edilib

Bakı. Trend:

Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti