...

Sabunçuda qanunsuz tikintinin qarşısı alınıb (FOTO/VİDEO)

Hadisə Materials 21 İyul 2023 12:46 (UTC +04:00)
Sabunçuda qanunsuz tikintinin qarşısı alınıb (FOTO/VİDEO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda qanunsuz tikintinin qarşısı alınıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin Neftçilər küçəsində vətəndaşa məxsus fərdi yaşayış evinin yenidən qurulması zamanı təsdiq olunmuş layihədən kənara çıxılmaqla mansarda mərtəbəsinin tikintisinin həyata keçirildiyi müəyyən edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində layihədən kənara çıxılmaqla inşa olunan mansarda mərtəbəsinin tikintisi dayandırılıb və mərtəbə sökülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti