...

Xəzər rayonunda ferma ərazisində yanğın olub

Hadisə Materials 27 Avqust 2023 01:58 (UTC +04:00)
Xəzər rayonunda ferma ərazisində yanğın olub

Bakı. Trend:

Bakı şəhərinin Xəzər rayonunda ferma ərazisində ümumi sahəsi 150 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə, damına və ətrafına yığılan 40 ton ot bağlamasının 7 tonu yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, tövlənin, ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tövlələr yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti