...

Bakıda binada yanğın söndürülüb - 50 nəfər təxliyə edilib (YENİLƏNİB)

Hadisə Materials 11 Sentyabr 2023 18:47 (UTC +04:00)
Bakıda binada yanğın söndürülüb - 50 nəfər təxliyə edilib (YENİLƏNİB)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhərinin Qaradağ rayonunda dördmərtəbəli inzibati binanın 1-ci mərtəbəsində taxta konstruksiyalardan ibarət otaqlar 200 m² sahədə və 2-ci mərtəbəsində 1 ədəd taxtadan ibarət pəncərə çərçivəsi yanıb.

FHN-dən Trend-ə verilən məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 50 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

xxx

17:39

Qaradağ rayonunda yataqxana yanır.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, aidiyyəti üzrə əraziyə briqada göndərilib.

Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən dördmərtəbəli yataqxananın ikinci mərtəbəsində yanğın baş verib. Dərhal yanğından mühafizə bölmələri əraziyə cəlb ediliblər. Yanğının söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti