Bakı. Trend:
Şəmkir rayon Yeniabad kənd ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in məlumatına görə, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov məlumat verib.
"Ford" və "Lada" markalı avtomobillərin toqquşması zamanı "Lada" yanıb.
Hadisə nəticəsində "Lada"nın sürücüsü, 2003-cü il təvəllüdlü Kənan Yusibov ölüb, 2007-ci il təvəllüdlü Məhəmməd Hümbətov isə xəsarət alıb.
"Ford" markalı avtomobilin sürücüsü, 1993-cü il təvəllüdlü Elşən Mahmudlu da müxtəlif xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.