Bakı. Trend:
Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Penitensiar xidmətin İxtisaslaşdırılmış müalicə müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb.
PX-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, məhkum
Bəhruz Arif oğlu Mustafayevə həyat yoldaşı Samirə Paşa qızı
Mustafayevanın gətirdiyi sovqatdakı gödəkçənin cibində gizlədilmiş
bükülülərdə 4,168 qram marixuana aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.