...

Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi - Ölən var

Hadisə Materials 8 Noyabr 2023 16:56 (UTC +04:00)
Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi -  Ölən var
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı-Quba yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

İlkin məlumata görə, iki çoxtonnajlı nəqliyyat vasitəsinin toqquşması nəticəsində baş verən qəza zamanı nəqliyyat vasitələrindən biri yol kənarındakı marketə çırpılıb. Qəza nəticəsində bir nəfərin hadisə yerində öldüyü iddia edilir.

Nəqliyyat vasitələri yolun hərəkət hissəsindən çıxarılmadığı üçün Bakı-Quba yolunda nəqliyyat vasitələrinin hərəkəti bir saatdan çoxdur məhdudlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti