...

Şabranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Hadisə Materials 20 Noyabr 2023 14:30 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Şabranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, noyabrın 19-u saat 00:10 radələrində Bakı- Quba-Dağıstan sərhədi yolunun 107-ci kilometrliyində Siyəzən rayon sakini Xanbaba İbrahimov idarə etdiyi "KİA" markalı avtomobil ilə eyni istiqamətdə sağdan sola yolu keçən piyada 1994-cü il təvəllüdlü Xaçmaz şəhər sakini Hüseynağa Qəribovu vurub. H.Qəribov hadisə yerində ölüb.

X.İbrahimov hadisə yerindən yayınıb, daha sonra isə özü Siyəzən RPŞ-ə gedərək hadisə barədə məlumat verib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Xəbər lenti

Xəbər lenti